Gənc karateçimiz Qazaxıstanda dünya çempionu adını qazanıb

Gənc karateçimiz Qazaxıstanda dünya çempionu adını qazanıb

Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.

Mediasport.az xəbər verir ki, 45 kq çəkidə yarışan idmançımız mundialda qızıl medal qazanıb.

Təmsilçimiz 14-15 yaş qrupunda bütün rəqiblərini üstələyib.

Komandamızın digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.