"17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim"
"İndi başqa bir tarix yazmağın vaxtıdır".
Mediasport.az xəbər verir ki, bu sözlər Azərbaycanın qadın güləşçisi Mariya Stadnikə (50 kq) məxsusdur.
4-qat Olimpiya mükafatçısı Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında çıxışını başa vurduqdan sonra sosial şəbəkə hesabında paylaşım edib:
"Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm".
Xatırladaq ki, Parisdə 1/4 finalda məğlub olan 2-qat dünya və 10-qat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc medal qaanıb.