Dünya reytinq cədvəli: Hidayət mütləq liderdir, Zelim 2-ci sırada
Cüdoçuların yeni dünya reytinqi açıqlanıb.
Mediasport.az xəbər verir ki, bütün çəki dərəcələri daxil ümumi dünya reytinqinin lideri Olimpiya çempionu Hidayət Heydərovdur.
Son olaraq 73 kq çəkidə qızıl medal qazanmış idmançımız aktivində 10004 xal var.
Paris-2024-dəki qələbə Hidayətə 2200 xal gətirib.
İkinci pillədə digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qərarlaşıb. 8512 xala malik Zelimin də Olimpiya Oyunlarından qazancı 2200 xal olub.
Sıralamada 3-cü pilləni gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili tutr. 81 kq çəki dərəcəsində yarışan cüdoçu 8335 xala malikdir.