"Sabah"dan növbəti transfer
FİBA Avropa Kubokunun təsnifat mərhələsinə mübarizə aparacaq “Sabah” basketbol klubu daha bir transfer həyata keçirib.
Mediasport.az xəbər verir ki, amerikalı Entoni Uilsonla 1 illik müqavilə bağlanıb.
204 sm boya malik 25 yaşlı idmançı NCAA-də (Kollec Liqası) iştirak edən “Corc Meyson Patriots” klubunun tarixinə bütün dövrlər üzrə ən çox blok (212) edən oyunçu kimi düşüb.
O, son mövsümü Afrika Liqasında yer alan Nigeriyanın “Kvara Falkons” klubunda keçirib.
Qeyd edək ki, “Sabah” daha öncə Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devenport, Şirzad Şirzadov və Endər Poladxanlını transfer edib. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə sözləşmənin müddəti isə daha 1 illik uzadılıb.