Dünyada ən çox qazanan futbolçuların adları açıqlanıb

Dünyada ən çox qazanan futbolçuların adları açıqlanıb

Başa çatmaqda olan 2023-cü ildə ən çox gəlir əldə edən futbolçuların adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Reytinqin ilk pilləsində Portuqaliya yığması və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu qərarlaşıb. 38 yaşlı superulduz il ərzində bütün gəlirlər daxil 260 milyon avro qazanıb.

Argentina yığmasının və ABŞ-nin "İnter Mayami" komandasının lideri Lionel Messi 135 milyon avro gəlirlə ikinci pillədə yer alır.

3-cü sırada dayanan Braziliya millisi və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun forvardı Neymarın illik qazancı isə 112 milyon avro olub.