Paris-2024 Paralimpiya Oyunları: Yarışın bağlanış mərasimi keçirildi
Fransanın paytaxtı Parisdə - "Stad de Frans"da Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, ölkəmizin bayrağını yarışın qızıl medalçıları Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyıblar.
Azərbaycan turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub. 169 ölkə arasında 28-ci yerdə qərarlaşmışıq.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
Xatırladaq ki, yarış 28 avqustda start götürmüşdü.