Olimpiya Oyunlarının məşəlini kimin daşıyacağı müəyyənləşdi
İyulun 26-da rəsmi açılış mərasimi keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarının məşəlini kimin daşıyacağı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, nüfuzlu yarışın Olimpiya məşəli amerikalı repçi və aktyor Snup Doqqa həvalə olunub.
53 yaşlı ulduz açılış mərasimində missiyasını yerinə yetirəndən sonra NBC telekanalı üçün işləyəcək.
Xatırladaq ki, olimpiada avqustun 11-dək davam edəcək.