Afrikada məşhur idmançımızın anasının adına bulaq açıldı - VİDEO
Karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayevin mərhum anası Ümnisə Ağayevanın adına Afrika ölkəsi Nigerdə bulaq açılıb.
mediasport.az xəbər verir ki, dünya şöhrətli idmançı məlumatı təsdiqləyib.
Bu barədə prosport.az saytına açıqlama verən 38 yaşlı idmançı Türkiyənin Yaşayan Ürəklər Təhsil və Həmrəylik Dərnəyi (Yaşayan Kalpler Eğitim ve Yardımlaşma Derneği) tərəfindən açılan bulaqdan danışıb:
"Belə bir şeyin olduğunu dostumuz, MMA idmançısı Tural Rəhimovdan öyrəndim. Onun vasitəsilə xeyriyyə niyyəti ilə müəyyən vəsait köçürdüm. Afrikanın Niger ölkəsində rəhmətlik anamın adına bulaq açıldı. Ordan hər içilən su damcısı onun ruhuna salavat sayılır".
Rafael Ağayev anası Ümnisə Ağayeva 2021-ci ilin aprelində xərçəng xəstəliyindən dünyasını dəyişib.