Əliabbas Rzazadə də Paris olimpiadasının startında uduzdu
Azərbaycanbın sərbəst güləşçiləri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.
Mediasport.az xəbər verir ki, ilk olaraq tatamiyə 57 kq çəkidə yarışan Əliabbas Rzazadə çıxıb.
Əsas medal ümidlərimizdən olan Avropa çempionumuz 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevə məğlub olub - 4:11.
Rəqib finala qədər irəliləsə, güləşçimizin bürünc medal qazanmaq şansı olacaq.