Federasiya prezidenti milli komandanın üzvlərilə görüşdü
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bu gün Dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakı İdman Sarayında Polşa yığması ilə qarşılaşacaq milli komandamızla görüşüb.
MediaSport.az xəbər verir ki, AFF rəhbəri komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb.
Millinin baş məşqçisi Joze Alesio da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib. Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, menecer Eldəniz Yusubov da iştirak edib.