Ölkə başçısı Lionel Messiyə görə nazir müavinini işdən çıxardı
Argentina prezidenti Xavyer Miley idman nazirinin müavini Xulio Qarronu vəzifəsindən azad edib.
Mediasport.az xəbər verir ki, buna millinin kapitanı Lionel Messini Fransaya yönəlmiş irqçi şüarlara görə üzr istəməyə çağırması səbəb olub.
Qərarla bağlı Prezident Departamenti bəyanat yayıb:
“Heç bir hökumət Argentina milli komandası, dünya çempionu və ikiqat Amerika Kuboku çempionu və ya hər hansı digər vətəndaş üçün nə edəcəyi barədə göstəriş verə bilməz. Bu səbəbdən Xulio Qarro Argentinanın idman nazirinin müavini vəzifəsindən azad edilir”.
Xatırladaq ki, Argentina yığmasının üzvləri bir neçə gün əvvəl Amerika Kubokunun finalında Kolumbiya üzərində qazandıqları qələbədən (1:0) sonra irqçi fikirlər səsləndiriblər.
Qarro isə müsahibəsində milli komandanın kapitanı və Argentina Futbol Federasiyasının prezidentinin buna görə üzr istəməli olduqlarını deyib.