Fransa yığması Qambiyaya, Uruqvay milliisi İngiltərəyə uduzdu - DÇ-2023

Fransa yığması Qambiyaya, Uruqvay milliisi İngiltərəyə uduzdu - DÇ-2023

Mayın 20-də Argentinada start götürən futbol üzrə gənclər (U-20) arasında dünya çempionatının final mərhələsinin qruplarında növbəti görüşlər keçirilib.

mediasport.az xəbər verir ki, ikinci tur çərçivəsində sürpriz və maraqlı nəticələr qeydə alınıb.

İlk turda Cənubi Koreyaya məğlub olan Fransa yığması Qambiya futbolçuları qarşısında da aciz qalıb - 1:2.

Maraqlı matçlardan biri Uruqvay-İngiltərə yığmaları arasında oynanılıb. Britaniyalılar 3:2 hesablı qələbəyə seviniblər.

Yarışın favoriti Braziliya millisi Dominikan Respublikası futbolçularını darmadağın edib - 6:0.

Yaponiya Kolumbiyaya uduzub (1:2), İraq Tunislə bacarmayıb (0:3), Cənubi Koreya - Honduras qarşılaşmasında isə heç-heçə qeydə alınıb.

Bu gün Slovakiya - ABŞ, Ekvador - Fici görüşləri baş tutacaq.

Mundial iyunun 11-də başa çatacaq.