Milli komandamızın 8 üzvü Dünya çempionatına buraxılmadı
Azərbaycanın 8 paracüdoçusu Bakıda keçiriləcək dünya çempionatına buraxılmayıb.
mediasport.az xəbər verir ki, Aydın Əhmədov, Bayram Mustafayev, Vüqar Şirinli, Xəyal Qəniyev, Kamil Ağayev, Taleh Şabiyev, Əlican İsmayılzadə və Abdulla İsmayılov beynəlxalq həkimlər tərəfindən götürülən tibbi yoxlamadan keçə bilməyiblər.
Onlar növbəti yarışlarında yenidən əlavə müayinə ilə tibbi təsnifata cəlb olunacaqlar. Müayinə nəticəsində kişilərdən Amil Əliyev, Hüseyn Rəhimli, Zakir Mislimov, Kənan Abdullaxanlı, qadınlardan isə Əsma İbrahimova, Şəhanə Hacıyeva, Vəfa Seyidova və Xanım Hüseynova tibbi təsnifatdan keçərək yarışda iştirak hüququ qazanıblar.
Dünya çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu - İsmayıl Muradov (60 kq J1), Amil Əliyev (73 kq J1), Hüseyn Rəhimli (73 kq J2), Namiq Abaslı (73 kq J2), Zakir Mislimov (90 kq J1), İlham Zəkiyev (+90 kq J1), Kənan Abdullaxanlı (+90 kq J2), Əsma İbrahimova (48 kq J2), Şəhanə Hacıyeva (48 kq J2), Vəfa Seydova (57 kq J1), Xanım Hüseynova (70 kq J2), Xatirə İsmiyeva (+70 kq J1) və Dürsədəf Kərimova (+70 kq J2) təmsil edəcək.
Heydər Əliyev İdman Konsert Kompleksində təşkil olunacaq DÇ 8-10 noyabr tarixlərində keçiriləcək.