Debütant Gəncə klubu heyətinə iki yeni legioner cəlb edib

Debütant Gəncə klubu heyətinə iki yeni legioner cəlb edib

“Gəncə” basketbol klubu heyətini iki yeni legionerlə gücləndirib.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi amerikalı Tevon Horton və Derek Roudsu heyətinə qatıb.

Onlarla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Horton müdafiəçi mövqeyində çıxış edir. 24 yaşlı basketbolçu son mövsümü vətəni ABŞ-də “Vest Virciniya” komandasında oynayıb.

30 yaşlı Rouds isə 196 sm boya malikdir və hücumçu mövqeyində çıxış edir. Onun son klubu Meksikada “Tixuana” olub.