Bədii gimnastlarımız beynəlxalq turnir üçün Qırğızıstana yollanıblar

  Bədii gimnastlarımız beynəlxalq turnir üçün Qırğızıstana yollanıblar

3 bədii gimnastımız Qırğızıstanda keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.

Mediasport.az xəbər verir ki, Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi aprelin 12-14-də birincilik uğrunda yarışacaqlar.

Gimnastalar Bişkekə məşqçi Valentina Ukleinanın rəhbərliyi altında yollanıblar. Yarışda Azərbaycanı həmçinin hakim qismində Dilbər İbrahimova təmsil edəcək.