Daha bir idmançımız Almaniya turnirində qızıl medal qazanıb

Daha bir idmançımız Almaniya turnirində qızıl medal qazanıb

Azərbaycan daha bir atıcısı Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, Vladislav Kalmıkov oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, daha əvvəl 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda Zeynəb Sultanova bütün rəqiblərindən güclü olub.

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova və Ruslan Lunyov tandemi turnirdə qızıl medal qazanıb.

Eyni növdə Elvin Astanov və Xanna Əliyeva cütlüyü ikinci yeri tutub.

Xanna Əliyeva, eyni zamanda, fərdi qaydada pnevmatik tapançadan atəşaçmada 235.2 xalla ikinci yeri tutaraq gümüş mükafata yiyələnib.

Yarışa sabah yekun vurulacaq.