Azərbaycanın MMA döyüşçüləri yapon idmançılarla qarşılaşacaqlar
Azərbaycanın MMA döyüşçüləri Tofiq Musayev və Vüqar Kərəmovun "Super Rizin2" turnirindəki rəqibləri müəyyənləşib.
MediaSport.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan Tofiq Musayev yaponiyalı Akira Kikuçi ilə üz-üzə gələcək.
66 kq-dakı təmsilçimiz Vüqar Kərəmovun rəqibi isə onun həmyerlisi Mikuru Asakura olacaq.
Döyüşlər iyulun 30-da Yaponiyadakı "Saitama Super Arena"da keçiriləcək.