Heydər Əliyevə həsr olunan Beynəlxalq tennis turniri başa çatdı
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa Tennis Turniri başa çatıb.
mediasport.az xəbər verir ki, turnirdə Azərbaycan tennisçiləri Kənan Qasımov və İlham Baxşəliyev mükafatçılar sırasında yer alıblar.
Təmsilçilərimiz uğurlu nəticələri ilə reytinq xalları da əldə ediblər. Sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi 12, 14, 16 və 18 yaş kateqoriyasında çıxış edib.