“Məşqçi yox, məsləhətlər verən ata kimi bunu etmək istəyirəm”
Olimpiya çempionu (2008) məşhur tennisçi Rocer Federer övladlarının idmana olan marağını dilə gətirib.
Mediasport.az xəbər verir ki, dünyaşöhrətli isveçrəli məhz buna görə tennisin onun həyatında hələ də mühüm rol oynadığını söyləyib.
Raketka ustası övladları ilə məşqçi kimi yox, ata kimi münasibət qurmağa çalışdığını deyib: “Övladlarım da tennis oynadığı üçün tez-tez kortda (tennis oynamaq üçün düzbucaqlı meydança) oluram. Bəli, onlara dəstək olmalıyam. Məşqçi kimi yox, məsləhətlər verən ata kimi bunu etmək istəyirəm.
Qarşıdakı illər bizim ailəmiz üçün çox maraqlı və əhəmiyyətli olacaq. Onların yanında olmaq, böyüməklərini izləmək, bacardığım qədər bildiklərimi övladlarıma aşılamaq istəyirəm”.
42 yaşlı Federer “Böyük Dəbilqə” turnirinin 20 qat qalibidir. O, karyerası ərzində 111 ATP (“Association of Tennis Professionals” – Peşəkar Tennis Assosiasiyası) turnirinin birincisi olub.