Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirildi
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Peşəkar idman və tibb” kitabının təqdimatı keçirilib.
MediaSport.az xəbər verir ki, kitabda tibb və idman mövzusunun aktuallığı, peşəkar idmanın və tibbin Azərbaycanda əsas inkişaf tendesiyaları əks olunub.
"Peşəkar idman və tibb” kitabının müəllifləri olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov və Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri, “Xarı Bülbül" Şuşa Voleybol klubunun prezidenti, dosent Fatma Hacıyevadır.
Kitabın rəyçiləri MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərovdur.