ƏMANƏT-n yay düşərgəsi Tovuzda "Turan Tovuz"un qonağı oldu - VİDEO

ƏMANƏT-n yay düşərgəsi Tovuzda "Turan Tovuz"un qonağı oldu - VİDEO

ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin yay düşərgəsinin növbəti məkanı Tovuzdur.

mediasport.az xəbər verir ki, düşərgənin 4-cü günündə əmanətlər Tovuz rayon Şəhidlər Xiyabanını ziyarət edib və “Turan Tovuz" PFK-nın qonağı olub.

Əziz şəhid və qazilərimizin bizlərə olan əmanətlərinə komanda, akademiya, stadion ərazisində yerləşən və şəhid futbolçu İlqar Zeynallının adını daşıyan meydança və abidə, şəhidlərimizin xatirəsinə inşa olunmuş bulaq kompleksi haqda geniş məlumat verilib, asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunub.