Azərbaycan cüdoçuları Böyük Dəbilqədə yalnız 1 medal qazana bildi

Azərbaycan cüdoçuları Böyük Dəbilqədə yalnız 1 medal qazana bildi

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turniri Azərbaycan cüdoçuları üçün başa çatdı.

mediasport.az xəbər verir ki, 6 təmsilçimizdən yalnız 1-i medal qazana bildi. 60 kq çəki dərəcəsində yarışan Əhməd Yusifov bürünc medalla kifayətlənib.

Son olaraq bu gün 73 kq-da yer alan cüdoçularımız - Nəriman Mirzəyevlə Rəşid Məmmədəliyev uğursuz çıxış edərək yarışla vidalaşıb.