Atıcılarımız İtaliyada olimpiada lisenziyası üçün yarışacaqlar

Atıcılarımız İtaliyada olimpiada lisenziyası üçün yarışacaqlar

İtaliyanın Lonato del Qarda şəhərində keçiriləcək stend atıcılığı üzrə Avropa kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, yığmamız yarışda 14 snayperlə təmsil olunacaq.

Səngər stendi (trap) üzrə yarışda Aydan Camalova, Aylin Quliyeva, Əli Hüseynli, Nərmin Cəfərova, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Kamil Mədətov, Murtaza Novruzlu və Əlimirzə Quliyev təmsil edəcəklər. Niyaz Ağazadə, Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftahətdinova skitdə mübarizə aparacaqlar.

Mayın 27-dək davam edəcək yarışda Paris-2024 Yay Olimpiya Oyunlarına 4 lisenziyanın sahibi müəyyənləşəcək.

Fərdi yarışlarda hər növdə bir idmançı Fransa paytaxtına bilet qazanacaq.