Şəhriyar Məmmədyarov Kanadada rapid yarışının da qalibi olub

Şəhriyar Məmmədyarov Kanadada rapid yarışının da qalibi olub

Kanadada keçirilən şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri baş tutub.

Mediasport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə olduğu kimi, rapid yarışında da qalib adını qazanıb.

Qeyd edək ki, Şəhriyar Torontoya təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.