Lamiyə Vəliyeva ikinci dəfə Paralimpiya çempionu oldu!

 Lamiyə Vəliyeva ikinci dəfə Paralimpiya çempionu oldu!

Azərbaycan Frasnsanın paytaxtı Parisdə keçirilən Paris Yay Paralimpiya Oyunlarının 6-cı günündə daha bir medal qazanıb.

Mediasport.az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda rəqib tanımayıb.

O, finişi 11,76 saniyə nəticə ilə birinci keçib.

22 yaşlı idmançımız, həmçinin, yeni dünya rekordunu müəyyənləşdirib.

Xatırladaq ki, Vəliyeva "Tokio-2020"də eyni kateqoriyada 400 metr məsafəyə qaçış yarışında qızıl, 100 metr məsafəyə qaçış yarışında isə gümüş medala qazanıb.

Komandamız bu paralimpiadada indiyədək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdı.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) çempion olub, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) isə bürünc medal əldə edib.