"Qarabağ" Estoniya çempionatında bürünc medalları qazanıb
“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, Viymsi qəsəbəsini təmsil edən komanda yarışı üçüncü yerdə başa vurub.
Elnur Vəliyevin baş məşqçisi və kapitanı olduğu komanda bürünc mükafat uğrunda görüşdə “Tartu Ravens”ə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Qarabağ”ın sahibi azərbaycanlı iş adamı Emin Munşiyevdir.