Kadinin "Krasnodar"a transferi məsələsinə nöqtə qoyuldu!

Kadinin "Krasnodar"a transferi məsələsinə nöqtə qoyuldu!

Rusiya Premyer Liqası təmsilçisi "Krasnodar" Kadi Borges üçün danışıq apardığı "Qarabağ" tərəfi ilə danışıqlarda müsbət nəticə əldə edib.

mediasport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Krasnodar klubu ilə müqaviləni 2023-cü il yanvar ayının 12-də Dubayda imzalayacaq.

Klubun təlim-məşq toplanışı Dubayda olduğu üçün Kadi birbaşa ora yollanacaq. Polşa əsilli braziliyalı 2021-ci ildən "Qarabağ"ın formasını geyinir (sportlife.az).