Azərbaycanın hər 3 medalını karateçilər qazanıblar, Zaretska 3-qat mükafatçı oldu - III Avropa Oyunları

Azərbaycanın hər 3 medalını karateçilər qazanıblar, Zaretska 3-qat mükafatçı oldu - III Avropa Oyunları

Azərbaycanın qadın karateçisi İrina Zaretska Avropa Oyunlarının 3-qat mükafatçısı olub.

MediaSport.az xəbər verir ki, Polşada keçirilən III Avropa Oyunlarının finalında isveçrəli Yelena Kuiriçə qalib gələn (4:1) Avropa və dünya çempionumuz analoji yarışda 2-ci dəfə qızıl medala sahib çıxıb.

68 kq-da yarışan təmsilçimiz "Bakı-2015"də də bütün rəqiblərindən güclü olmuşdu. Zaretska 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa Oyunlarında isə 2-ci yeri tutmuşdu.

İrina Azərbaycan idmançılarının III Avropa Oyunlarında 2-cı qızılını, sayca 3-cü medalını təmin edib. Hər 3 mükafat karateçilərimizin aktivinə yazılıb. Daha əvvəl Tural Ağalarzadə (67 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) bürünc medala yiyələnib.