Karateçimiz "World Combat Games"də gümüş medal qazanıb

Karateçimiz "World Combat Games"də gümüş medal qazanıb

Karate üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Məmmədli Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən "World Combat Games"də uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan idmançımız gümüş medal qazanıb.

O, kumite yarışlarında yalnız Misir təmsilçisi Lütfi Əhməddən geri qalıb.