"Liverpul" da dövlətdən güc alsaydı..." - Karragerin Pepə cavabı

"Liverpul" da dövlətdən güc alsaydı..." - Karragerin Pepə cavabı

"Liverpul"un sabiq futbolçusu Ceymi Karrager "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın onun haqqında dediyi fikirləri cavabsız qoymayıb.

Mediasport.az xəbər verir ki, "qırmızılar"ın keçmiş üzvü ispaniyalı mütəxəssisin, "Karrager də bir dəfə olsun, İngiltərədə titul qazanmayıb. Bu, heç vaxt baş verməyib" sözlərinə belə reaksiya verib:

"Məncə, "Liverpul" da dövlətdən güc alsaydı və İngiltərə Premyer Liqası bizi 115 dəfə maliyyə qaydalarını pozmaqda ittiham etsəydi, yəqin ki, mən də titul qazanardım".

Xatırladaq ki, Mançester təmsilçisinin 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər maliyyə feyr-pley qaydalarını pozduğu iddia edilirdi.

Bu, sübut olunsa, "şəhərlilər"in Premyer Liqadan qovulması ilə yanaşı, başqa ciddi cəzaları da almaları gözləniləndir.