Arkadi Dvorkoviç AŞF prezidenti Mahir Məmmədovla "sülh" bağladı

Arkadi Dvorkoviç AŞF prezidenti Mahir Məmmədovla "sülh" bağladı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç “Baku Open 2023” beynəlxalq şahmat festivalının keçirildiyi “Baku Crystal Hall”da olub.

mediasport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov yarışla bağlı qonağa məlumat verib.

Sonra FIDE rəhbəri Arkadi Dvorkoviç AŞF prezidenti Mahir Məmmədovla şahmat taxtası arxasında yoldaşlıq görüşündə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.