Klub prezidentini uduzduqlarına görə güllələyərək öldürüblər
Kolumbiya futbolunda növbəti faciə yaşanıb.
Mediasport.az xəbər verir ki, 2-ci Liqada mübarizə aparan "Tiqres" klubunun prezidenti Edqar Paes öldürülüb.
Klub rəhbəri 13-cü turda "Atletiko Kali"yə uduzduqları matçdan sonra evə qayıdarkən güllələnib.
Kolumbiya Futbol Federasiyası məlumatı təsdiq edib.
Qeyd edək ki, 1990-cı ilin dünya çempionatında Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobar ABŞ millisi ilə matçda avtoqol (1:2) vurduğu üçün Medelin barlarından birində azarkeş tərəfindən 6 güllə ilə vurularaq öldürülmüşdü.