Azərbaycanlı futbolçunun komanda yoldaşının oyun zamanı ürəyi dayanıb - ANBAAN VİDEO
Albaniya çempionatının 12-ci turunun "Eqnatia" - "Partizani" matçında bədbəxt hadisə baş verib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komanda yoldaşı Rafael Dvamena oyun zamanı yerə yıxılaraq ürək tutmasından həyatını itirib.
Bədbəxt hadisə görüşün 25-ci dəqiqəsində qeydə alınıb.
28 yaşlı qanalı hücumçu qəfildən yerə yıxılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, forvardın həyatını xilas etmək mümkün olmayıb.
Qarşılaşma yarımçıq dayandırılıb.