Musa Qurbanlı oynayıb, komandası kuboka qələbə ilə başlayıb

Musa Qurbanlı oynayıb, komandası kuboka qələbə ilə başlayıb

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç Kubokunun qrup mərhələsində ilk matçına çıxıb.

Mediasport.az xəbər verir ki, Stokholm təmsilçisi aşağı liqa klubu "Skövde" ilə qarşılaşıb.

Görüş "Yurqorden"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın 22 yaşlı forvardı meydana 72-ci dəqiqədə daxil olub.