Yığmamız DÇ-də 1/4 finala çıxdı
Azərbaycan millisi İsraildə şahmatın rapid növü üzrə təşkil olunan komandalararası Dünya çempionatında növbəti oyununu keçirib.
mediasport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gəlib.
Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala yüksəlib. Yığma növbəti mərhələdə İspaniya kollektivi ilə qarşılaşacaq.
Dünya çempionatı noyabrın 25-də yekunlaşacaq.