Yığma komandamız lisenziya xarakterli dünya çempionatında

Yığma komandamız lisenziya xarakterli dünya çempionatında

Sabah Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edəcək.

Azərbaycan yığma komandası mundiala 6 idmançı ilə qatılacaq 

Qadınlar: Nazilə İsmayılova (49 kq), Günel Vəliyeva (76 kq).

Kişilər: İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).

DÇ sentyabrın 17-nə qədər davam edəcək.