Milli komandamız Albaniya yığmasından 4 qol buraxdı

Milli komandamız Albaniya yığmasından 4 qol buraxdı

Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində növbəti dəfə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Eqnatia Arena”da təşkil olunan matç bu dəfə Albaniya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Əli İbrahim vurub.

Komandalar arasında iyunun 17-də baş tutan ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.