Paris-2024: Lamiyə Vəliyeva ikinci çempionluğun biraddımlığında
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Pralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.
Mediasport.az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.81 saniyə göstərici ilə finiş xəttini birinci keçib.
Final mərhələsi Bakı vaxtilə saat 21:00-da başlanacaq.
Xatırladaq ki, Vəliyeva "Tokio-2020"də eyni kateqoriyada 400 metr məsafəyə qaçış yarışında qızıl, 100 metr məsafəyə qaçış yarışında isə gümüş medala qazanıb.
Azərbaycan bu paralimpiadada hələlik 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) çempion olub, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) isə bürünc medal əldə edib.