Məşqə gəlməyən Türkiyə klubunun üzvü yaşadığı mənzildə ölü tapıldı
Türkiyənin qadınlardan ibarət "Nilufər Bələdiyəspor" klubunun voleybolçusu Pilar Mari Viktoriya Lopes naməlum şəraitdə dünyasını dəyişib.
Mediasport.az xəbər verir ki, Puerto-Riko milli komandasının üzvü məşqə gəlmədiyi üçün klub rəsmiləri yaşadığı evə yollanıblar.
28 yaşlı voleybolçunun cəsədi evində aşkarlanıb.
İlk versiyaya görə, Viktoriya yuxusuzluq probleminə görə yatmazdan əvvəl dərman qəbul etdiyi üçün ölüb.