Mübariz Mənsimovun atası dünyasını dəyişdi, o, dəfndə iştirak etməyəcək

Mübariz Mənsimovun atası dünyasını dəyişdi, o, dəfndə iştirak etməyəcək

2004/2016-cı illərdə fəaliyyətdə olmuş "Xəzər Lənkəran" Peşəkar Futbol Klubunun sahibi azərbaycanlı iş adamı Mübariz Mənsimovun ailəsinə itki üz verib.

MediaSport.az xəbər verir ki, "Palmali" Şirkətlər Qrupunun rəhbərinin atası Mübariz Qurbanov dünyasını dəyişib.

Məlumatı şirkətin sosial şəbəkə hesabları paylaşıb.

Mərhumun cənazəsi sabah ata yurdunda dəfn edilməsi üçün Azərbaycana gətiriləcək. Mənsimovlar ailəsi əslən Masallı rayonunun Miyankü kəndindəndirlər.

Mərhum vəsiyyətinə əsasən Bakıda qızının yanında torpağa tapşırılacaq. Mübariz Mənsimov isə Türkiyə məhkəməsinin 2021-ci ildə iş adamına qoyduğu ölkədən çıxış qadağasına görə dəfn mərasimində iştirak etməyəcək.

Allah rəhmət eləsin!