İlham Zəkiyev Yaponiya "Qran-pri"sində də ümidləri doğruldub

İlham Zəkiyev Yaponiya "Qran-pri"sində də ümidləri doğruldub

Azərbaycan idmançıları Yaponiyanın paytaxtı Tokioda paracüdo üzrə "Qran-pri"də daha bir medal qazanıblar.

Mediasport.az xəbər verir ki, komandamızın lideri İlham Zəkiyev (+90 kq) yarışda gümüş mükafata yiyələnib.

İ.Zəkiyev J1 kateqoriyasında yalnız final görüşündə rəqiblərinə məğlub olub.

Dürsədəf Kərimova (+70 kq) isə J2 kateqoriyasında üçüncü yeri tutaraq bürünc medal əldə edib.

Qeyd edək ki, ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar.