Millimizin futbolçusu Türkiyə klubu ilə 1 illik müqavilə bağladı - RƏSMİ
Türkiyə 1-ci Liqa təmsilçisi "Ümraniyəspor"dan ayrılan Coşqun Diniyevin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi yenidən Türkiyədə oynayacaq.
29 yaşlı futbolçu 1-ci Liqanın başqa klubu "Bandırmaspor"la 1 mövsümlük müqavilə bağlayıb.
Xatırladaq ki, Diniyev ötən mövsüm "Ümraniyəspor"un heyətində 33 rəsmi oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.