Milli komandamız Avropa çempionu oldu - Heç bir oyunda uduzmadılar!

Milli komandamız Avropa çempionu oldu - Heç bir oyunda uduzmadılar!

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatında tarixi uğura imza atıb.

MediaSport.az xəbər verir ki, yığmamız Andorrada keçirilən yarışda heç bir oyunda məğlub olmadan Avropanın ən güclüsü adını qazanıb.

Komandamız "C" divizionunun final matçında yerli komanda ilə qarşılaşıb və 57:45 hesabı ilə qalib gəlib.