Azərbaycan məktəblilərindən Avropa çempionatında 5 medal!

Azərbaycan məktəblilərindən Avropa çempionatında 5 medal!

Azərbaycan şahmatçıları Albaniyada keçirilən məktəblilərin Avropa çempionatında uğurlu çıxış edib.

mediasport.az xəbər verir ki, komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 5 medal qazanıb.

17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov bütün rəqiblərindən güclü olublar. 13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli oğlanların yarışında gümüş medal əldə edib. 15 yaşadək qızlar kateqoriyasında isə Nurtən Nuriyeva 3-cü yeri tutub.

25 ölkədən 208 şahmatçının iştirak etdiyi qitə birinciliyində Azərbaycan yığması medal sıralamasında 3-cü yeri tutub.