Çempionumuz 13 oyunçu ilə yola düşür - UEFA ÇEMPİONLAR LİQASI
Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" bu gün Bakı-İstanbul-Sarayevo reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşür.
mediasport.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi kollektiv Bosniyaya 13 futzalçı ilə yollanır.
Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov
Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.
Felipinyo cəza səbəbindən bu oyunlarda iştirak edə bilməyəcək.