Milli komandamızın Avropa Oyunları üçün heyəti açıqlandı - Krakov-2023

Milli komandamızın Avropa Oyunları üçün heyəti açıqlandı - Krakov-2023

İyunun 21-də Polşada start götürəcək 3-cü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, Krakovda keçiriləcək oyunların atletika yarışlarında ölkəmizi 15 idmançı təmsil edəcək.

Heyətə Nazim Babayev, Fəxriyyə Tağızadə (hər ikisi uzunluğa tullanma), Aleksis Kopello, Yekaterina Sarıyeva (hər ikisi üç təkanla tullanma), Anna Skidan (çəkic atma), İsmayıl Əliyev (nüvə itələmə/lövhə atma), Əlhəm Nağıyev (100 m/200m/4x100m/4x400m məsafəyə qaçış), Lamiyə Vəliyeva (100m/200m/400m məsafəyə qaçış), İlahə Quliyeva (100m/200m/400m məsafəyə qaçış), Cavid Məmmədov 400m/400m məsafəyə maneələrlə qaçış/4x400m), Elman Abışov, Anna Yusupova (hər ikisi 5000m/1500m/800m məsafəyə qaçış), Aleksey Əliəkbərov, Əli Abdiyev, Qadir Qurbanov (hamısı 4x100 m məsafəyə estafet qaçışı) dəvət olunublar.

İyulun 2-də başa çatacaq Avropa Oyunlarının atletika yarışlarında idmançılar 37 dəst medal uğrunda mübarizə aparacaqlar.