Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

Azərbaycan Atçılıq Federasiyasının ilk dəfə təşkil etdiyi Peşəkar Çövkən Liqasına start verilir.

Mediasport.az xəbər verir ki, milli atların iştirakı ilə 10 peşəkar çövkən komandası mövsüm ərzində çempionluq uğrunda mübarizə aparacaq.

Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şousudur. Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı oyun gözləyir.

Açılış mərasimi Binə Atçılıq Mərkəzində mayın 21-də saat 14:00-da başlanacaq.