"Neftçi"nin Çempionlar Liqası oyununun hakimləri açıqlandı
Qadınlardan ibarət "Neftçi" futbol komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsinin "Sankt-Pölten" (Avstriya) ilə baş tutacaq matçının hakim təyinatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, duel Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Baş hakim Yelena Kumer (Xorvatiya) olacaq. Ona Sanya Rodyak-Karşiç (Xorvatiya), Françeska Di Monte (İtaliya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mariya Marotta (İtaliya) icra edəcək.
Xatırladaq ki, "Sankt-Pölten" - "Neftçi" matçı 4 sentyabr, 18:00-da başlayacaq.