ŞOK! İdman direktoru və 3 hakim futboldan ömürlük uzaqlaşdırılıb
Özbəkistan Futbol Assosiasiyası danışılmış oyunlara görə bir klub rəsmisi və 3 hakimi ömürlük diskvalifikasiya edib.
Mediasport.az xəbər verir ki, futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyulan şəxslər Yüksək Liqa təmsilçisi “Kokand-1912” klubunun idman direktoru Şöhrət Möminov və hakimlər - Hüseyn Müzəffərov, Abid Cumayev və Cəsur Rüstəmovdur.
Məlumatı Özbəkistan Futbol Assosiasiyası yayıb.
Qeyd olunub ki, klub rəsmisi ötən mövsüm hər üçn hakimə rüşvət verərək oyunların nəticələrini manipulyasiya edib.
Möminov hakimlərə pulu komandasına kömək etmələri üçün ödəyib.