Azərbaycan cüdoçusu Olimpiya Oyunlarının yarımfinalında!
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, 100 kq çəkidə yarışan dünya çempionumuz 1/4 finalda Peter Palçiklə (İsrail) qarşılaşıb.
Rəqibinə vazari xalı ilə qalib gələn Kotsoyev adını yarımfinala yazdırıb.
Xatırladaq ki, əvvəlki günlərdə Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Çkayev (81 kq) və Elcan Hacıyev (90 kq) uğursuz çıxış ediblər.
Yalnız 73 kq çəkidə Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.
Ölkəmiz Parisə 9 cüdoçu ilə yollanıb.